!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kabab çəkmək istəyirdik, qoyunları oğurladıq” – Foto

!Reklam – Yazi

 

cinayet_111016_01Abşeron rayonunda çobanıın əl-qolunu bağlayaraq qoyun oğurlayan dəstə üzvləri saxlanılıb.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, Cəmaləddin Hüseynov adlı şəxs Abşeron Rayon Polis İdarəsinə xırdabuynuzlu heyvanlarını otaran zaman naməlum şəxslərin hücumuna məruz qalması ilə bağlı müraciət edib.

Zərərçəkmişin sözlərinə görə, onu döyüb əl-ayağını bağlayan şəxslər 4 baş xırda buynuzlu mal-qarasını oğurlayıblar. Sonra cibində olan mobil telefonunu və 25 manat pulunu da götürüblər.

Keçirilən axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Müşfiqabad qəsəbə sakini 31 yaşlı Anar Piriyev, Ağsu rayon sakini 23 yaşlı Rusif Mehralıyev, Eldəniz Cəfərov, Bakı şəhər sakini Tamerlan Rəsulov və Sabirabad rayon sakini Ələkbər Rəsulov yaxalanaraq istintaqa təhvil veriliblər. Saxlanılan şəxslər çobanı döyüb qoyunları aparmalarını etiraf ediblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv