19:03
Kabil beynəlxalq hava limanında partlayış baş verib.
Yenicag.az xrici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi məlumat verib.
Əfqanıstanlı jurnalist Bilal Sarvari “Twitter” hesabında Kabil hava limanında kamikadzenin özünü partlatdığını bildirib.
Partlayışdan sonra koalisiya qüvvələrinin iştirakı ilə atışmanın baş verdiyi deyilir.
Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb. Onların arasında uşaqlar da var.
“Taliban”ın bir neçə döyüşçüsü də yaralanıb.
***
20:30
Yenicag.az xəbər verir ki, “Politico” terror partlayışını İŞİD-in həyata keçirdiyini yazıb.
Nəşr bölgədə olan ABŞ zabitinə istinadən bu xəbəri yaydığını açıqlayıb.
***
Kabil aeroportu yaxınlığında ikinci partlayış baş verib.
Partlayış nəticəsində ən azı 13 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilib. Onların arasında uşaqlar da var.
***
Taliban nümayəndəsi Məhəmməd Naim partlayışda İŞİD-in əlinin olmasını istisna etməyib.
O bildirib ki, partlayışı kimin törətməsi ilə bağlı detallı məlumata sahib deyillər.
***
Kabil aeroportunda üçüncü partlayış baş verib.
Terror aktları nəticəsində ən azı 60 nəfər ölüb, 150-i yaralanıb.
KİV-in məlumatına görə, partlayışlar nəticəsində 10 amerikalı hərbçi də həlak olub.
***
Kabildə daha iki partlayış baş verib.
Partlayışlarda ölən amerikalı hərbçilərin sayı 12-yə çatıb.