Kabil yenə qan gölünə döndü

Əfqanıstanda partlayış törədilib.

Yenicag.az xəbər verir ki, bu barədə yerli “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kabildə baş verib. Partlayış nəticəsində azı 8 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Telekanal bildirib ki, hədəf şəhər avtobusu olub. Şahidlər ölənlərin sayının 30-a çata biləcəyini bildiriblər.

Hadisənin təfərrüatı açıqlanmır.