Kabildə hərbi hospitala hücum nəticəsində ən azı bir xəstə və bir hospital əməkdaşı ölüb.
Yeniçağ.Az-ın məlumatına görə, hospitalda olan silahlılardan ikisi hələ də müqavimət göstərir.
Silahlıların hücumu nəticəsində ölü və yaralıların da sayı artır. Son məlumata görə, 4 nəfər ölüb, 66 nəfər yaralanıb.
İŞİD terror təşkilatı Əfqanıstan paytaxtında hərbi hospitala hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ səfirliyi yaxınlığında yerləşən hərbi hospitalda əvvəlcə güclü partlayış olub, sonra atışma başlayıb. Yerli mətbuat 4 silahlının hospitala daxil olduğunu, beşinci silahlının hospitalın giriş qapısında üzərindəki partlayıcı qurğunu işə salaraq özünü partlatdığını yazıb.
Yeniçağ.Az