Kabildə məscidə hücum oldu: Ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə bombalı hücum nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki,  bu barədə Taliban administrasiyasının Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran məlumat yayıb.

Hadisə cümə namazından sonra Vəzir Əkbər Xan  məscidinin qarşısında baş verib və ətraf küçələr nəqliyyatın hərəkətinə bağlanıb.

Yaralananların Kabildəki Təcili Tibbi Yardım Xəstəxanasına aparıldığı qeyd edilib.

Hücumun hansı qruplaşmanın təşkil etdiyi hələki məlum deyil.