!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kabildə partlayış törədilib, ölən və yaralanan var

!Reklam – Yazi

Əfqanıstanın paytaxtı Kabildə əldəqayırma partlayıcı qurğunun yol kənarında parladılması nəticəsində azı iki dinc sakin həlak olub.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Khaama Press” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da Paqman rayonunda baş verib. Daxili İşlər Nazirliyinin rəsmi nümayədəsi Nüsrət Rahimi bildirib ki, hadisə zamanı azı 1 nəfər xəsarət alıb. Ölkə ərazisindəki terror qruplaşmalarından hələ heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Hücumun hədəfinin kim olduğu da hələ məlum deyil.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları partlayışın törədilməsinə görə “Taliban” radikal hərəkatından şübhələnirlər.

www.yenicag.az

1690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv