!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kabildə qəbiristanlıqda üç partlayış baş verib: 20 nəfər həlak olub

!Reklam – Yazi

Bu gün Əfqanıstanın paytaxtı Kabildə üç partlayış baş verib.

Yenicag.az-ın məlumatına görə, partlayışlar nəticəsində azı 20 nəfər ölüb, təxminən 35 nəfər yaralanıb.

Partlayışlar Kabildə etirazlarda həlak olan Əfqan Senatının spikerinin oğlunun dəfn mərasimində törədilib. Mərasimdə dövlət və hökumət rəsmiləri, o cümlədən, hökumət başçısı Abdulla Abdulla, senatorlar, deputatlar və güc strukturlarının nümayəndələri iştirak edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Kabildə prezident sarayında baş verən partlayışda 100 nəfər ölmüş, 600 nəfər yaralanmışdı. Bundan sonra isə paytaxtda ölkə prezidenti Əşrəf Qaninin istefası tələbi ilə kütləvi aksiyalar keçirilir.

Yenicag.az

www.yenicag.az

825
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv