Yenicag.az-a VHP- nin Mətbuat və İnformasiya xidmətindən daxil olan məlumata görə ötən gün fevralın 22- də İstanbulda Qarabağa azadlıq və Xocalı soyqırımını törətmiş cinayətkarların cəzalandırılması tələbiylə möhtəşəm yürüş keçirilib.
Hər ilin fevral ayinda Xocalı soyqırımınn anılması, terroru rəsmi dövlət siyasətinə çevirmiş Ermənistanin işğalçılıgına son qoyulmas ı tələbiylə yürüşlərin, mitinqlərin, yığıncaqların keçirilməsi Türkiyədə artıq ənənəyə çevrilmişdir. Unuversitetlərin, qeyri hökümət təşkilatlarının, çeşidli mərkəz və qurumların “Xocalıya ədalət” çağırışıyla keçirdiyi simpozium və konfranslara on minlərlə insan qatılır. Ermənilər əsilsiz, uydurma “erməni soyqırımı”nın 100 illiyini dünyanın hər yerində qeyd etməyə və qəbul etdirməyə hazırlaşdıqları bir ərəfədə , Xocalı soyqırımı ilə bağlı tədbirlər həm Azərbaycan, həm Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.
Bu məqsədlə dünən İstanbulda Kadıköy bələdiyyə evindən başlanan yürüş şəhərin mərkəzi küçələrindən keçməklə Kadıköy meydanında mitinqlə başa çatmışdir. “Turan Hərəkatı Platforması”, Ülküçü Gənclər Təşkilatları, sivil toplum örgütləri, tələbə gənclər tərəfindən düzənlənmiş yürüşə Azərbaycanın xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da qatılıb. XIX əsrin ilk illərindən başlamış Xocalıya qədər davam edən soyqırımları və ümumən Azərbaycan həqiqətlərindən danışan millət vəkili sözdə “erməni soyqırımı” və Qarabağ probleminin eyni zəncirin həlqələri olduğunu vurğulayaraq bundan sonra “bir millət iki dövlət “ tərimi ilə tarixə düşmüş Azərbaycan və Türkiyənin dövlət olaraq bu məsələlərdə birgə səylərinin və ardıcıl əməkdaşlığının zəruriliyinin qaçılmaz olduğunu qeyd edib.
Qarşıdakı günlərdə Sabir Rüstəmxanlı Azərbaycanın İstanbul baş konsolosluğunun Xocalı soyqırımı ilə bağlı planlaşdırdığı tədbirlərdə, eləcə də İstanbul Aydın, Yalova, Muğla universitetlərində keçiriləcək Xocalı konfranslarında da iştirak edəcəkdir.