Kadırov azərbaycanlını nazir təyin etdi

medium_IMG_3294Çeçenistan lideri Ramzan Kadırov yeni səhiyyə naziri təyin edib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, eyni zamanda Respublika Onkoloji Dispanserinin baş həkimi olan Elxan Süleymanov 2014-cü ildə Kadırovun dəvəti ilə Moskvadan Qroznı şəhərinə gedib.

E.Süleymanov Azərbaycan Tibb Universitetinin məzunudur. Təhsildən sonra o, Azərbaycanda Bakı Onkoloji Mərkəzində işləyib.