Kadırov Fələstini dəstəkləyir, bəs Kreml?

Moskva həm Fələstin, həm də İsraillə münasibətləri qoruyur və münaqişənin həllinə kömək etmək üçün səylərini davam etdirmək niyyətindədir.

Yenicag.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Kremlin Fələstinə dəstək ifadə edən Çeçenistan rəhbəri Ramzan Kadırovun mövqeyini bölüşüb-qoşmadığı sualına cavab verib:

“Əlbəttə, fələstinlilərlə çoxdankı tarixi əlaqələrimiz var, əlaqələrimizi davam etdiririk. Doğrudan da, söhbət müxtəlif səviyyələrdə, o cümlədən zamanla yüksək səviyyədə təmaslardan gedir. Amma çox oxşar cəhətlərimiz olan İsrail dövləti ilə, xüsusən də bu dövlətdə yaşayan çoxlu sayda soydaşımızla əlaqələrimiz mövcuddur”.