!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırov: "İstefaya getməyin zamanı çatıb" - VİDEO

!Reklam – Yazi

“Vəzifədən getmək, demək olar ki, mənim arzumdur. Bölgənin lideri olmaq, xalqın və dövlətin məsuliyyətini daşımaq çox çətindir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov “Rusiya 1” kanalında yayımlanan verilişlərin birində vəzifəsindən getməyə hazır olub-olmadığı barədə suala cavab verərkən deyib.

Onun sözlərinə görə, hər səhvə görə bu dünyada da, o biri dünyada da cavab vermək lazım gələcək:

“Mən deyərdim ki, məsələ yorulmaq deyil, mən sadəcə daha xidmət etmək istəmirəm. Düşünürəm ki, zamanı gəlib çatıb. Nə vaxtsa mübarizə aparmaq, hər şeyi yoluna qoymaq üçün mənim kimilər lazım idi. Hazırda isə Rusiyada, cəmiyyətdə anlayış, nizam-intizam, sülh hökm sürür. Hesab edirəm ki, Çeçen Respublikasında da dəyişikliklər etmək zamanıdır”.

Mümkün namizəd haqqında suala isə Kadırov “bu, dövlətin, xalqın qərarıdır” deyərək cavab verib:

“Əgər məndən namizəd barədə qərarımı soruşsalar, bu vəzifəni məndən daha yaxşı icra edə biləcək bir neçə insanın adını çəkə bilərəm. Lakin, son qərar yenə onlarındır”.

www.yenicag.az

2994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv