Rusiya hərbçiləri Sumı vilayətinin Rıjevka kəndini işğal ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov “Telegram” kanalında bildirib.
“Aslambek Saliyevin komandanlığı altında olan Axmat-Çeçenistan alayının döyüşçüləri digər rus bölmələrinin hərbi qulluqçuları ilə birlikdə taktiki əməliyyatlar keçirərək daha bir yaşayış məntəqəsini – Kursk vilayəti ilə sərhəddə yerləşən Rıjevka kəndini düşməndən azad ediblər”, – o yazıb.
Kadırov əlavə edib ki, irimiqyaslı hücum hərəkətləri nəticəsində Ukrayna tərəfi xeyli itki verib və geri çəkilməyə məcbur olub./unikal