Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Kadırov: "Tramp  İrana tələ hazırlayır"

ABŞ hökumətinin sanksiyaları nəticəsində “Facebook” və “İnstagram” hesabları bağlanan Ramzan Kadırov ABŞ-ı yenə sərt şəkildə tənqid edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Çeçenistan Muxtar Respublikasının prezidenti Ramzan Kadırov “Twitter”dən verdiyi açıqlamada ABŞ prezidentinin İrana tələ hazırladığını bildirib:

“Tramp İran xalqına “lazım gələndə sizi dəstəkləyəcəyik”, deyə vəd verir.  Amma unutmasınlar ki, ABŞ bu vədi vaxtilə İraq, Əfqanıstan, Suriya, Serbiya və Viyetnama da vermişdi. Tramp İrana “Troya atı” hazırlayır”.

Çeçen lider, həmçinin, rəsmi Vaşinqtonun İranın sosial şəbəkələrə qoyduğu məhdudiyyətləri götürməsi barədə etdiyi çağırışa sərt reaksiya verib. Fikirlərini “Telegram”da paylaşan Kadırov ABŞ-a iradlar yağdırıb:

“Vaşinqton anlamır ki, radikalizm meyilli paylaşım etmədiyi müddətcə hər kəsin  sosial şəbəkədən istifadə etmək hüququ var. “Facebook” və “İnstagram” məni bloklayanda səssiz qalan ABŞ İran hökumətini məhdudiyyətlərə görə qınayır. ABŞ ikiüzlüdür”.

Qeyd edək ki, Kadırovun hesabları 23 dekabrda bağlanıb. Buna görə də o, “Facebook”u ABŞ maraqlarına xidmət etməkdə günahlandırır.

www.yenicag.az

2077
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM