Kadırov Ukraynanın təslim olacağı vaxtı AÇIQLADI – VİDEO

“Ukrayna 2024-cü ildə kapitulyasiyaya imza atacaq”.

Yenicag.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalda deyib. O əmindir ki, Ukrayna 2024-cü ildə kapitulyasiya aktı imzalayacaq.

Çeçenistan rəhbəri qeyd edib ki, bu ana qədər Rusiya Federasiyası “bir neçə şəhəri geri qaytarmalıdır”.

“Əminəm ki, 2024-cü ildə hamımızı xoş xəbərlər və qələbə gözləyir”, – Kadırov bildirib.

O, Rusiyanın yavaş da olsa, inamla irəlilədiyini qeyd edib.

Ramzan Kadırov şəhərlərin sürətli “azad edilməsi” və “qaçılmaz qələbə” haqqında danışmağı çox sevir. Lakin o və onun “kadırovçuları” prosesin özündə xüsusi ilə iştirak etmirlər. Buna görə də ən kiçik şəhərlərin tutulmasında belə rus ordusunun yüz minlərlə qurbanından xəbərsizdirlər.

Xuraman Etibarlı