!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadırova qəfil hücum etdilər: “Ayağımı yerdən kəsdilər” - Foto

!Reklam – Yazi

Çeçenistan prezidenti Ramzan Kadırov futbol oynayarkən ayağını zədələyib.

Yeniçağ.az xəbər verir ki, bu barədə Kadırov İnstagram hesabında məlumat yerləşdirib.

“Çərşənbə günü axşam xüsusi “Terek” komandası bizimlə futbol oynamaq istədi. Əvvəllər biz tez-tez qalib gəlirdik. Bəlkə də, bu, onların çox da xoşuna gəlmirdi. Bu dəfə onlar tamamilə yeni taktika seçmişdilər. Qəfildən üstümə yıxıldılar və ayağımı yerdən kəsdilər. Andrey Mironovun da dediyi kimi, ayağa qalxdım ki qipsdəyəm”.

Çeçenistan prezidenti zədələri sağaltmaq üçün tibbin müasir üsullarını xilas adlandırıb. Kadırov uşaq vaxtı qipsə görə çox əziyyət çəkdiyini qeyd edib.

Yeniçağ.az

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv