Kadırovdan Donbasa dəstək: “Sizi faciənizlə yalnız qoymayacağıq”

Çeçenistan prezidenti Ramzan Kadırov tanınmamış “Donetsk Xalq Respublikası”nın lideri Aleksandr Zaxarçenkonun ölümündən sonra Donbas bölgəsinə yardımını təklif edib.

Yenicag.az xəbər verir ki, bu barədə o, özünün “Telegram” hesabında yazıb.

“Donbas üçün bu çətin gündə, biz bütün zəruri kömək və dəstəyi göstərməyə hazırıq, sizi faciənizlə yalnız qoymayacağıq”, – deyə Kadirov yazıb.

Çeçen liderinin sözlərinə görə, Zaxarçenko ilə tanış olmasa da, onunla dəfələrlə telefonda danışıb: “O, xalqına bağlı, səmimi və cəsarətli bir şəxs idi”.

Qeyd edək ki, “Donetsk Xalq Respublikası”nın lideri Aleksandr Zaxarçenko cümə günü Donetsk şəhərindəki partlayışda həyatını itirib.

Onun ölümü lə bağlı istintaq davam etdirilir.

COP29