“Serqey Maqnitski” işi ilə əlaqədar Çeçenistan prezidenti Ramzan Kadırovun və Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Latviyaya girişinə qadağa qoyuldu.
Yenicag.az xəbər verir ki, bu barədə Latviya KİV məlumat yayılıb.
Bundan əvvəl cümə axşamı, fevralın 22-də, Latviyanın xarici işlər naziri Edqar Rinkeviç öz Twitter səhifəsində, 49 şəxsin Latviyaya girişinə qadağan olunduğunu bildirdi.
Nazir bildirmişdi ki, qadağa Latviyanın miqrasiya qanunun 61-ci maddəsinin 2-ci hissəsi və baş nazirin 22 fevral tarixli qərarına uyğun olaraq seymin “Maqnitski işi” üzrə sanksiya çağırışı əsasında tətbiq olunub.