Kadırovun oğlunun mükafatlandırılması tendensiyası DAVAM EDİR – FOTOLAR

Kadırovun oğlunun mükafatlandırılması tendensiyası davam edir.

Yenicag.az xəbər verir ki, bu dəfə Ramzan Kadırovun oğlu Adam Kadırova mükafatı Rəşid Temrezov və İsmayıl-Hacı Berdiyev verib.

Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Çeçenistan rəhbərinin oğlunu və Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanovu qəbul edib.

Temrezov Adam Kadırova respublikanın ali mükafatı – Qaraçay-Çərkəzdə xidmətlərinə görə ordenini təqdim edib.

Bundan başqa, Qaraçay-Çərkəz müftisi İsmayıl-Hacı Berdiyev hazırda Çeçenistan rəhbərinin təhlükəsizlik şöbəsinin müdiri olan gənci 1-ci dərəcəli “Ümmət qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib.

“Ramzan Axmatoviç böyüklərinin ona öyrətdiyi kimi, iman və həqiqətin tərəfində duran layiqli oğul böyüdüb”, – Temrezov deyib.

 

Xuraman Etibarlı