Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Kafe girov götürüldü-Fotolar

313759Sidneyin mərkəzindəki “Lindt” kafesində müştəriləri girov götürmüş şəxs az əvvəl açıqlama verib.

“İraq və Şam İslam Dövləti” (İŞİD) üzvü olmadığını bağıran terrorçu deyib: “Amma buna rəğmən, mənə İŞİD bayrağı verin! Avstraliyanın baş naziri Toni Ebbotta zəng vurmaq istəyirəm. O, məni dinləməlidir!”

Saat yarım əvvəl kafeni iki qadın və üç kişi tərk ediblər. Hazırda girov saxlanan şəxslərin dəqiq sayı bilinmir.
Ekspertlər hesab edirlər ki, “Lindt” kafesindəki şəxsləri girov götürənlərin “Cəbhət əl Nüsra” terror qruplaşmasının üzvləri olduqları istisna olunmur.

——–
Sidney polisi hazırda terrorçularla danışıqlar aparır.

Avstraliyanın Sidney şəhərində terorruçu qruplaşmasının girov götürdüyü şəxslərdən altısı xilas olub.

Terror təşkilatı üzvləri şəhərin mərkəzindəki “Martin Place” prospektində fəaliyyət göstərən “Lindt” kafeni ələ keçirib. Hadisə zamanı 4-ü kişi, ikisi qadın olmaqla 6 girov kafedən qaçaraq canlarını qurtarıblar.

İlkin məlumatlara görə, kafedə azı 15 nəfər adam qalıb. Sidney polisi hazırda terrorçularla danışıqlar aparır.

———-
Avstraliyanın Sidney şəhərindəki “Martin Place” meydanında yerləşən “Lindt” kafesində üç müsəlman ekstremist onlarla insanı girov götürüblər.

Onlardan biri şəhərin müxtəlif yerlərində 4 partladıcı qurğunun yerləşdirildiyini söyləyib. Terrorçu bombaların yerlərini açıqlamayıb.

Şəhərin hakimiyyət dairələri sakinləri panikaya qapılmamağa çağırıblar.

Kafenin yaxınlığındakı binalarda yaşayan və ya işləyən insanlar təlxiyyə olunublar. Belə ki, məşhur Sidney Opera Teatrı, ABŞ konsulluğu, Yeni Cənubi Uelsin Dövlət Kitabxanası və Yeni Cənubi Uelsin Ali Məhkəməsində çalışanlar bütünlüklə təlxiyyə ediliblər.
Avstraliyanın baş naziri Toni Ebbott sakinlərə müraciət edərək sakitliyə çağırıb: “Cinayətkarların əməllərində siyasi motivlərin olub-olmadığını bilmirik. Lakin belə motivlərin mövcudluğuna dəlalət edən məqamlar var”.

Polis kafedəki adamları girov saxlayanlardan yalnız biri barədə məlumatlara malik olduğunu bəyan edib.
“Lindt” kafesində onlarla insanı girov götürmüş terrorçular baş nazir Toni Ebbottla danışıqları tələb edirlər. Onlar girovlara kafenin pəncərələrinin qarşısında durmağı və ərəbcə yazılmış şüarları tutmağı əmr ediblər.

The Sydney Morning Herald bildirir ki, kafedəki insanları iki nəfər girov götürüb. Onların İŞİD-lə bağlı olub-olmadıqları bəlli deyil.
ABC və 7 News telekanallarının məlumatlarına görə, kafedəki girovların əllərində tutduqları şüarların əksəriyyətində “Əşhədü ənna ilahi illəllah Məhəmmədü rəsulillah” yazılıb.

“Şəhada” adlanan belə qara rəngli bayraqlardan Suriyadakı “Cəbhət əl Nüsra” terror təşkilatı istifadə edir.

www.yenicag.az

536