Türkiyənin Uşak şəhərinə bağlı Eşmə rayonunda kafedə oturan şəxslərin üzərinə güllələr yağdı. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, kafedə oturan vətəndaşlar yoldan keçən bir avtomobil tərəfindən gülləbaran edildilər.
Nəticədə bir nəfər həyatını itirdi, ikisi ağır olmaqla, 6 nəfər yaralandı.
Silahlı şəxslər qaçaraq, gözdən itməyi bacardılar. Polis bölgəni nəzarət altına alaraq, həmin şəxsləri axtarır.