Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi krevet və xərçənglər alan kafe, restoran, eləcə də bazarlara müraciət edib.
İdarədən Yeniacg.az-a bildirilib ki, antisanitar şəraitdə satılan balıq növləri insan orqanizminə zərərlidir:
“Eyni zamanda antisanitariya şəraitində satışa çıxarılan balıqlardan zəhərlənmə halları da son dövrlərdə artıb. Su Nəqliyyatında Polis İdarəsi dəniz onurğasızlarından sayılan krevet və xərçəngləri alan kafe, restoran, eləcə də bazarlara müraciət edərək bildirir ki, antisanitar şəraitdə satılan ov məhsullarını bu tip yerlərdən alıb əhalini zəhərləməsinlər”.
İdarə paytaxt ərazisində antisanitar şəraitdə balıq alveri ilə məşğul olan şəxslərlə profilaktik və maarifləndirici söhbətlər həyata keciridiklərini də açıqlayıb.