Kafedə dəhşətli PARTLAYIŞ – Xəsarət alanlar var – VİDEO

Qırğızıstanın paytaxtı Bişkekdə partlayış baş verib.

Yenicag.az xəbər verir ki, “Antoshka” kafesində üç partlayış qeydə alınıb. Məlumata görə, partlayışlardan sonra kafedə yanğın başlayıb.

Məlumata görə, partlayışa səbəb qaz sızması olub. Zərərçəkənlər təxkiyə edilib. Nə qədər insanın xəsarət alması barədə dəqiq məlumat verilmir.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

Yanğınsöndürənlərin sözlərinə görə, qəzaya səbəb kafedə qaz balonlarının partlaması ola bilər.