Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Kafedə konfrans imitasiyası: Radikal dindarlar özlərini gülüş hədəfinə çevirdilər

Azərbaycan dini camiəsinin radikal kəsiminin “təşkilatlanmaq” cəhdi ifratçıları növbəti dəfə arzuolunmaz vəziyyətə saldı.

Yenicag.az-a daxil olan məlumata görə, özünü radikal dindarların lideri kimi görən Adil Rəcəbov bu günlərdə Qaraçuxur qəsəbəsində yerləşən “Şeyx” (!!!) kafesində tərəfdarlarının konfransını keçirdib.

Əslində, həmin yığıncağa konfrans demək o adda tədbir üçün təhqiramiz bir təyin olardı. Rəcəbov sözügedən kafedə keçirilmiş “konfrans”ın ciddiliyini göstərmək üçün mümkün elementlərdən də yararlanmağa çalışıb.

Ancaq onun bu məqsədlə zalda yerləşdirdiyi baner də tədbirin imitativ xarakter daşımasına dair təəssüratları dəyişməyib.

Rəcəbovun “konfrans”ı sosial şəbəkə istifadəçisi olan dindarların da diqqətindən, daha doğrusu, ironik reaksiyalarından kənarda qalmayıb.

“Şeyx” adlı kafedə tədbir keçirilməsinə istehza ilə yanaşan dindarlar Rəcəbovun ünvanına ürəklərini istədikləri kimi boşaldıblar.

Qeyd edək ki, özünü zaman-zaman diqqət mərkəzinə gətirməyə çalışan Adil Rəcəbov dini radikalizmin əleyhdarı kimi görünməyə cəhd etsə də, o, əslində, həmfikirləri Səfərbəy Səfərbəyov, Muxtar Ağakişiyev, Əbdürrəhim Muradlı və Ağaəli Şirvanlı kimi ölkədə dini ifratçılığın əsas təbliğatçıları tək tanınırlar.

Dindarlar arasında radikallığı təbliğ edən Rəcəbovun fəaliyyəti bu çərçivə ilə də məhdudlaşmır. Mətbuatda onun dəfələrlə dövlətə və hakimiyyətə qarşı səsləndirdiyi fikirlər yayılıb. Həmin materiallara əsasən, Rəcəbov Azərbaycan iqtidarının “yəhudilər və masonlar tərəfindən idarə olunduğunu”, “hakimiyyəti devirmək üçün güclənməyin zəruriliyini” iddia etməkdən belə çəkinməyib.

O, hətta əsas funksiyası ölkənin milli təhlükəsizliyinin təmin edilməsi olan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “yəhudilər tərəfindən qurulduğunu və onlara xidmət etdiyini” söyləyəcək qədər irəli gedib.

Bundan başqa, Rəcəbov hər imkanda dini radikalizmə qarşı olduğunu göstərməyə çalışsa da, bəyanat və fikirləri onu asanlıqla ələ verir. Təsəvvür edin ki, dini radikalizmin əleyhinə olduğunu deyən Rəcəbov terrorçu “Əl-Qaida”nın Suriya qolu olan “Ən-Nüsra Cəbhəsi” yaraqlılarını fəxrlə “qardaşlarımız” adlandırır.

Rəcəbovun gerçək kimliyi haqqında daha dəqiq təsəvvür yaranması üçün onun vaxtilə “sağ əli” sayıldığı ölkə sələfilərinin lideri Qamət Süleymanovun dediklərinə baxmaq kifayətdir.

Süleymanovun “Əbubəkr” məscidinin fəaliyyətdə olduğu müddətdə özünün ən yaxın adamı kimi Rəcəbov barəsində açıqladığı faktlar yuxarıda qeyd olunan fikirləri mübahisəsiz təsdiqləyir.

Adil Rəcəbovun həmyerlisi və qohumu, 1990-cı ildən onunla münasibətləri olan Zaqatala rayonu Muxax kənd sakini Feyzullah adlı şəxs də öz açıqlamasında əqrəbası ilə bağlı çox ciddi məqamlara toxunub.

Feyzullahın sözlərinə görə, Adilin fəaliyyəti ölkə müsəlmanları arasında təfriqə salmaq, dövlətə qarşı nifrət oyatmaq, Azərbaycan Prezidentinə çirkin iftiralar atmaqdan ibarət olub.

O, Rəcəbovu həm də azərbaycanlı gəncləri – bəzilərini ailələri ilə birlikdə – Suriyaya göndərərək, terrorçuların sıralarına qoşulmalarına yardım göstərməkdə ittiham edib. Bu, Feyzullahın Rəcəbov haqqında açıqladığı məqamların bir hissəsidir.

Gördüyünüz kimi dövlət əleyhinə qeyd olunan pozuculuq fəaliyyətinin və çox zərərli düşüncənin daşıyıcısı olan Rəcəbov ölkə dindarlarını öz ətrafında təşkilatlandırmaq iddiasındadır.

Ancaq onun bu istiqamətdə atdığı hər addım sabun köpüyündən də tez partlayır.

“Şeyx” kafesində keçirtdiyi “konfrans” kimi…

www.yenicag.az

3017
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM