Kahramanmaraşda avtobuslar toqquşdu – Yaralananlar var

Türkiyənin Kahramanmaraş şəhərində iki avtobusun iştirakı ilə olan ağır yol-nəqliyyat hadisəsində 9 nəfər yaralanıb.

Yenicag.az “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karacasu Karşıyaka məhəlləsində sərnişin avtobusları toqquşub.

Bildirilib ki, avtobuslardan biri bələdiyyəyə məxsus olub, digəri isə özəl şirkətə məxsus ictimai nəqliyyat avtobusu olub.

Qeyd olunub ki, hadisədə yaralanan 9 nəfər yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.