Rusiyanın əfsanəvi “AK-47” tipli avtomatları ABŞ-ın Florida ştatında yığılacaq.
Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi səbəbindən Rusiyanın “Kalaşnikov” konserni ilə əlaqəsi kəsilən “Kalaşnikov ABŞ” şirkəti öz istehsal sahəsini yaratmağa qərar verib. Bu barədə “Kalaşnikov ABŞ” şirkətinin yaydığı bəyanatda bildirilir.
Məlumata görə, zavod Mayami yaxınlığındakı Pompano Biş şəhərində fəaliyyət göstərəcək.
İstehsal sahəsinin artıq bu ilin sonunda işə salınması planlaşdırılıb.