Kaliforniya səmasında nəhəng UNO qeydə alındı – VİDEO

Növbəti qəribə obyekt Kaliforniya ştatının Milpitas şəhərinin üzərində qeyd alınıb.

Yenicag.az xarici mediaya istinadən bildirir ki, sirli obyekt səmada bir müddət donmuş şəkildə qaldıqdan sonra qəflətən yoxa çıxıb.

Hadisəyə münasibət bildirən ufoloqların fikrincə, naməlum obyekt qəfil yox olmayıb, o, sadəcə özünün “gözəgörünməz” halına keçib. Onların fikrincə, yadplanetlilər texnologiyanın elə mərhələsinə çatıblar ki, Yer sakinləri belə metamorfozaya xeyli təəccüblənir.

Zaur H.