Kaliforniyada atışma: azı 5 ölü

ABŞ-ın Kaliforniya ştatındakı ibtidai sinif məktəblərindən birində atışma baş verib.

Yenicag.az xəbər verir ki, naməlum şəxs məktəbin həyətində insanlara atəş açıb. İnsident nəticəsində azı 5 nəfər ölüb. Yaralıların da olduğu bildirilir. Onların arasında uşaqlar da var.

Hadisəni törədən şəxsin özü də məhv edilib.