Kaliforniyada güclü zəlzələ: Qaz kəməri partladı -Trampdan açıqlama

“Kaliforniyada hazırki vəziyyət nəzarətimizdədir”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.

“Zəlzələ barədə tam məlumat verildi. Vəziyyət nəzarətimizdədir”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

***

00:00

ABŞ-ın Kaliforniya ştatında 6,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanlar yerlı vaxtla saat 17:33 Rickrest şəhərindən 18 kilometr şimal-şərqdə, ocağı isə 8,7 kilometr dərinlikdə yerləşib.

Şəhər meri Peqqi Briden bildirib ki, zəlzələ bir sıra fəsadlar törədib. Təbii fəlakət nəticəsində iri qaz kəmərində sızma baş verib və nəticədə 5 müxtəlif nöqtədə yanğın qeydə alınıb.

Bundan əlavə, şəhərin bəzi yaşayış binaları da elektrik enerjisindən məhrum olub.

Merin sözlərinə görə, zəlzələ zamanı ölənlərin olması barədə məlumat daxil olmayıb. Zərərçəkənlərin sayı dəqiqləşdirilir.