Kaliforniyada şiddətli meşə yanğınları: 5 nəfər öldü

ABŞ-ın Kaliforniya ştatının baş verən meşə yanğınları nəticəsində 5 nəfər həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Verilən məlumata əsasən, ölənlərin meyitləri nəqliyyat vasitələrində aşkar olunub.

Bundan əvvəl Kaliforniyada meşə yanğınlarının minə yaxın evi məhv etdiyi qeyd edilib.