“KaMaz” 5 maşına çırpıldı – Bakıda

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “KaMAZ” markalı yük avtomobili 5 minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Yenicag.az