“Kamaz” körpüdən qaz borusunun üstünə aşdı – Qəza, partlayış, yanğın… – DƏHŞƏTLİ ANLAR / VİDEO

Rusiyanın Saratov şəhərində “Kamaz” markalı yük maşını körpüdən aşıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, körpüdən aşan maşın qaz  borusunun üstünə düşüb və güclü yanğın baş verib.

Hadisə nəticəsində alovun hündürlüyü 10-15 metrə qədər yüksəlib. Hadisənin səbəbi müəyyənləşdirilir.

Ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.