Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Kamaz” piyadanı əzərək öldürdü – Foto

qeza33Gecə paytaxt Bakıda ölümlə nəticələnən dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Piyadanın məsuliyyətsizliyinin səbəb olduğu ağır qəza Ziya Bünyadov prospektində baş verib. Yer üstü piyada keçidinin on metirliyində yoldan keçməyə çalışan naməlum şəxs “Kamaz” markalı yük maşınının altında qalaraq canından olub.

Məlumata görə, sürücü Rauf Hüseynovun idarə etdiyi yük maşını Dərnəgül qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada qəfildən onun qabağına çıxıb. Sürücü əyləcdən istifadə etsə də, bu da ona kömək etməyib.

Piyadanı yolda görərək maşını səkiyə tərəf çevirdiyini deyən Rauf Hüseynov mərhumun da həmin istiqamətə qaçdığını bildirib. Sürcü həmçinin əlavə edib ki, qəza vaxtı mərhumun qulaqlarında qulaqcıq oldub o siqnal səsini eşitməyib.

Zərbənin təsiri ilə maşının altına düşən piyada elə hadisə yerində dünyasını dəyişib.

Qəza yeninə baş çəkən polis əməkdaşları dünyasını dəyişən şəxsin kimliyini müəyyən etməyə çalışsalar da, mərhumun üzərindən heç bir sənəd çıxmayıb. Qəzanının təfərrüatları ilə bağlı araşıdırmalara başlanılıb. İstintaq qəza zamanı dünyasını dəyişən şəxsin kimliyini müəyyənləşdirməyə çalışır.

Hadisənin baş verdiyi küçə qaranlıq olduğundan bu faktın qəzaya səbəb olan amillərdən biri olduğu güman olunur. (ans)

Loading...

www.yenicag.az

306
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100