“KamAZ” sürücüsü faciəvi şəkildə öldü

Abşeron rayonu, Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, “KAMAZ” markalı avtomobil kuzada olan yükün boşaldılması zamanı aşıb. Nəticədə sürücü, 1965-ci il təvəllüdlü Əhmədov Nəriman Qurban oğlu nəqliyyat vasitəsinin altında qalaraq ölüb.

Sürücünün cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat başa çatıb.