Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"KAMAZ"ın təkəri partladı - Sürücü ağır yaralandı

Şəkidə yük maşınının sürücüsü xəsarət alıb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Kiş kəndində baş verib.

Kənd sakini, 1971-ci il təvəllüdlü Şahin Məhərrəmov idarə etdiyi “KAMAZ” markalı yük avtomobilinin təkərinə hava doldurmaq istəyib. Həmin vaxt təkər partlayıb.

Təkərin dəmir halqasının sürücünün üz və baş nahiyəsinə dəyməsi nəticəsində o, ağır xəsarət alıb. Yaralı Şəki şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda Ş.Məhərrəmovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

816
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100