“Kameralar Hüseyn Cavidin ölümündə iştirak edənlərə yönəldi” – FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində dahi Azərbaycan şairi Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, Artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdiyi “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, əvvəlcə tədbir istirakçılarına müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiya hədiyyə olunub.

Təsisçi Sona Vəliyeva çıxış edərək, müsabiqə barədə məlumat verib. Müsabiqədə 108 nəfərin iştirak etdiyini bildirən S.Vəliyeva, burada Hüseyn Cavidin ədalət prinsipinə əməl olunduğunu qeyd edib. Sona xanım qalibləri təbrik edərkən, işlərin bununla yekunlaşmayacağını bildirib. Onun sözlərinə görə, Cümhuriyyətin 100 illiyi ilə bağlı yeni kitab üzərində işlənilir. Sona Vəliyeva sonda bu cür tədbirlərə hər zaman açıq olduqlarını söyləyib.

Xalq sairi, müsabiqənin münsiflər heyətində yer alan Sabir Rüstəmxanlı isə çıxışında tədbirin önəmindən danışıb:

“Bu gün doğrudan da mədəni həyatımızda ciddi hadisə bas verir. Əvvəllər belə möhtəşəm müsabiqənin keçirildiyini xatırlamıram. Gördüyü işlərə görə Sona xanıma xüsusi təşəkkürümü bildirirəm. Hüseyn Cavidin Sibirdən qayıtdığı günü xatırlayıram. Həmin gün Bakı çalxalanırdı. Cavidin yubileyində dedilər ki, gənclərin adından sən çıxış edərsən. Azərbaycanın bütün rəhbərliyi də orda idi. Mən çıxış edəndə həmin an bütün kameralar Cavidin ölümündə iştirak edənlərə yönəldi. Həmin vaxt Cavidin düsmənləri ölkəyə təqdim olundu”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə müsabiqəyə digər ölkələrdən də qatılanların olduğunu söylədi. Bu ölkələr arasında Türkiyə, İran və Gürcüstan da var.

Tədbirin sonunda qaliblərə diplom və pul mükafatları verildi.

Emin Səfərov
Fotolar: Cəmalə

COP29