Kamerun yığması Zeedorfa tapşırıldı

Futbol üzrə Kamerun yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bundan sonra sözügedən komandanı İtaliyanın “Milan” klubunun və Niderland yığmasının sabiq futbolçusu Klarens Zeedorf çalışdıracaq. Bu barədə Kamerunun İdman nazirliyi məlumat yayıb.

Zeedorfa Hollandiya yığmasındakı sabiq komanda yoldaşı Patrik Kluyvert kömək edəcək.

Kamerun Futbol Federasiyası Sven-Yoran Erikssonla danışıqlar aparırdı. Ancaq isveçli mütəxəssislə razılıq əldə edilməyib və üstünlük Zeedorfa verilib.

COP29