Qətliam kimi qəza: 20 ölü

Kamerunun cənub-qərbində ağır yol qəzası baş verib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, sərnişin avtobusu əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşub. Qəza nəticəsində 20 nəfər həlak olub.

Qeyd edək ki, qəza Boya-Muyuka avtomobil yolunda qeydə alınıb.

Yenicag.az