Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Kamran Ağayev zədəli olmayıb - Millinin məğlubiyyətinin şok təfərrüatı

Reklam: High Technic

Futbol üzrə Azərbaycan millisinin Kosovaya 0:4 hesabı ilə uduzduğu matç ətrafında söz-söhbət səngimək bilmir.

Qeydə alınan uğursuz nəticədən sonra yığmanın baş məşqçisi Qurban Qurbanov hədəfə çevrilib.

Ona qarşı AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlığı ilə seçilən istər rusdilli mediada, istərsə də sosial şəbəkələrdə qaralama kampaniyasına start verilib.

İstər İsgəndər Cavadovun oyundan sonra dilə gəlməsi, istərsə də Ayaz Əhmədov, Rəhman Hacıyev kimi Elxan Məmmədova yaxınlığı ilə seçilən şəxslərin Qurbanovun istefasını tələb etməsi əbəs yerə deyil.

Digər ilginc bir məqam isə Elxan Məmmədovgil tərəfindən milliləşdirilən Pavel Paşayev, Dmitri Nazarov və Rüfət Dadaşovun Kosova ilə oyunda potensialından olduqca aşağı çıxış etməsidir. Onların zəif çıxışı istər-istəməz şübhə doğurur.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Farer adaları ilə qarşılaşmanın ikinci hissəsində zədələnən Pavel Paşayev Kosova yığması ilə oyundan öncə həkimlərə tam sağaldığını, matça hazır olduğunu deyib. Lakin onun sərgilədiyi oyun bunun tam əksini deyir. Buraxılan 3 qolda rəqib hücumçulara “açıq qapı” günü elan edən Paşayevin nəyə görə yalan danışdığı da ayrıca şübhəli məqamıdır.

Əldə etdiyimiz digər şok bir məlumat isə ondan ibarətdir ki, Farer adaları ilə matçın ilk hissəsinin 42-ci dəqiqəsində zədələnən Kamran Ağayevin MRT müayinəsi nəticəsində zədəli olmadığı üzə çıxıb. Buna baxmayaraq, o zədəsini bəhanə gətirərək yığmadan kənarlaşmaq istəyib. Qurban Qurbanovun özü də qapıçının MRT nəticəsindən agah olub və onun bilərəkdən Kosova ilə matçda iştirak etmədiyindən xəbərdardır.

Etibarlı mənbə bildirir ki, bu söhbət “Keşlə”nin prezidenti Zaur Axundova da çatıb. O da öz növbəsində Kamran Ağayevi cəzalandırdıracağını bildirib.

İş burasındadır ki, Kamran Ağayev Kosova ilə oyunda iştirak etməyəcəyi dəqiqləşdikdən sonra “CBC Sport”un efirinə qoşularaq ağlayır, matçda iştirak etməyəcəyinə təəssüfləndiyini bildirir. Bunun isə ssenarinin bir parçası olduğu istisna deyil.

Qeyd edək ki, Kamran Ağayev Farer adaları ilə oyunda durduğu yerdə zədələnib. Həkimlər meydana daxil olduqdan sonra Ağayev özünə gəlir, ayağa qalxır və topu irəli vurur. İkinci hissədə isə əvəzlənir.

Bunun bir tapşırıq olub-olmadığı isə yaxın günlərdə bilinəcək. Hər halda Qurban Qurbanova qarşı “torba” əməliyyatı aparıldığı açıq-aşkar görünür. Təcrübəli mütəxəssis isə hələlik susur. Danışsa…

Oxucularımızla daha bir maraqlı məqamı bölüşməkdə fayda var. Milli komanda vacib oyunlar öncəsində 5 ulduzlu oteldə məskunlaşır. Kosova ilə ölüm-qalım matçından əvvəl isə yığma Mərdəkandakı bazada qalır. Kosova ilə oyuna da qolu qısa formalarla çıxılır.

Şəraitin yaxşılaşdırılması, qolu uzun formaların verilməsi üçün müraciət olunsa da, “pul yoxdur” deyilir. Elxan Məmmədov müraciətə qol çəkmədiyindən iş icra olunmur. Bu da yəqin ki, baş katibin əlavə psixoloji təzyiq formasıdır.

Emin Səfərov

Loading...

www.yenicag.az

34523
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100