Kamran Ağayevlə Vaqif Cavadovun yeni klubu rəsmən açıqlandı

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayev və yığmamızın sabiq üzvü Vaqif Cavadovun yeni klubu rəsmən bəlli olub.

Yenicag.az xəbər verir ki, gözlənildiyi kimi, hər iki futbolçu “Keşlə” ilə anlaşıb.

Paytaxt təmsilçisi hər iki futbolçu ilə altı aylıq sözləşmə imzalayıb.

Bundan başqa Məqsəd İsayev və Pablo Podio ilə altı aylıq, Herve Tchami ilə isə birillik müddətə müqavilə imzalanıb.

COP29