Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Çexiya çempionatında debüt matçına çıxıb.
Yenicag.az xəbər verir ki, təcrübəli qolkiperin şərəfini qoruduğu “Mlada Boleslav” V tur çərçivəsində səfərdə “Slaviya”nın qonağı olub.
Qarşılaşma isə Ağayev üçün uğursuz alınıb.
Kamranın komandası sərəfdən 0:4 hesablı məğlubiyyətlə qayıdıb.
Qeyd edək ki, hazırda 1 xalı olan “Mlada Boleslav” turnir cədvəlinin son pilləsində qərarlaşıb.