Kamran Əliyev Baş prokuror vəzifəsinə təyin edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, dövlət başçısının digər Sərəncamı ilə Kamran Əliyev Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.