Kamran Əliyev rəis müavinini bu rayona prokuror təyin etdi

Prokurorluq orqanlarında yeni təyinat olub.

Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Rəşad Mansurov tutduğu vəzifədən azad olunaraq Ağsu rayon prokuroru təyin olunub.