Kamran Əliyevə yüksək vəzifə verildi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilib.

Yenicag.az BakuPost-a istinadən xəbər verir ki, K.Əliyev BDYPİ-nin İmtahan Qeydiyyat idarəsinə rəis təyin olunub.

Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan rəhmətə getmişdi.