!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kamran Əsədov DİM-i sərt tənqid etdi

!Reklam – Yazi

Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzini (DİM) sərt tənqid edib.

Yenicag.az xəbər verir ki, ekspertin sözlərinə görə, insan faktoru yolu ilə həyata keçilən qiymətləndirmədə səhvlər olur: “DİM-in IX siniflər üçün keçirdiyi buraxılış, eyni səviyyədən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı 2 gün ərzində Apelyasiya Komissiyasına 208 şagird və ya abituriyent 1109 tapşırıqla bağlı müraciət edib.

Onlardan 107 şagirdin 153 tapşırıq üzrə yoxlayan markerlərin səhvi ortaya çıxıb və müraciət edənlərin qiymətində dəyişiklik edilib. Artıq ikinci ildir ki, insan faktoru yolu ilə həyata keçilən qiymətləndirmədə səhvlər aşkarlanır. Hələ bu buraxılış imtahanıdır və iştirakçılar iki fəndən sadə suallara cavab verirlər. Qarşıda bizi dörd ixtisas qrupu, onlara daxil olan fundamental fənlər gözləyir. O zaman nə olacaq?

Mayın 6-da X siniflər üçün 2019-cu il qəbul imtahanı modelində keçrilən sınaq imtahanında isə qiymətlədirilmə balı ilə bağlı ümumiyyətlə məlumat yoxdur”.

Kamran Əsədov təəssüflə qeyd edib ki, Təhsil Nazirliyinin bu imtahanlarla bağlı rəyi, məlumatı yoxdur: “Sonrada statistik göstəricilərdə artımdan danışırlar. Bu, hələ 2 gün ərzində imtahan verən 110 min nəfərdən 208-şagirddir ki, müraciət edib. Onların 50 faizi haqlı olub”.

Qeyd edək ki, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılan Apellyasiya Komissiyasına 208 şagird və ya abituriyent ərizə ilə müraciət edib.

Onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

www.yenicag.az

2048
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv