!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kamran Əsədov: “Subbakalavrların akademik məzuniyyət götürmək hüquqları da var” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Universitetə qəbul olub, qeydiyyatdan keçməyən subbakalavrlar gələn illərdə də həmin hüquqdan istifadə edə biləcəklər”.

Təhsil eksperti Kamran Əsədovun subbakalavrları maraqlandıran detallarla bağlı Yenicag.az-a qısa müsahibəsini təqdim edirik:

– Subbakalavrlar imtahansız qəbul şərtləri ilə Universitetlərə neçə il sənəd verə bilərlər ?

– Təhsil haqqında qanuna edilmiş dəyişikliyə əsasən, subbakalvr diplomu almış şəxslər bu qanun qüvvədə olduğu müddətdə ali məktəblərə sənəd verərək, imtahansız qəbul ola bilərlər.

– Subbakalavr universitetə qəbul olduqdan sonra təhsil almaq hüququndan imtina edərsə, onun növbəti illərdə imtahansız qəbul şərtləri ilə yenidən sənəd verməsi mümkündür?

– Bəli, universitetə qəbul olub, qeydiyyatdan keçmədikdə, onun bu qərarı imtina etmiş kimi qiymətləndiriləcək. Bu kateqoriyadan olan subbakalavrlar gələn illərdə də həmin hüquqdan istifadə edə biləcəklər.

– Subbakalavrın ödənişsiz təhsil almaq hüququ var?

– Qanunvericiliyin tələblərinə görə, subbakalvrlar ödənişsiz müsabiqəyə buraxılırlar, amma onlara verilən ballara əsasən, bu, reallığı əks etdirmir.

– Əyani və ya qiyabi ixtisas üzrə universitetə qəbul olan subbakalavr təhsilini “dondura” bilər?

– Onların qeydiyyatdan keçdikdən və təhsil haqqını ödədikdən sonra akademik məzuniyyət götürmək hüquqları var.

– Təhsilini “donduran” tələbə ödənişi nə zaman etməlidir?

– Universitetə qəbul olduqdan sonra həmən ali məktəbə gedərək, qeydiyyatdan keçir və 1 ilin təhsil haqqı məbləğini tam ödəməlidir.

– Universitetə qəbul olan subbakalavrlar neçə il təhsil alacaq?

– Kolleci bitirdikləri üçün subbakalvrların təhsil ilinin az olduğunu söyləyirlər. Lakin bu, belə deyil. Azərbaycanda bütün hallarda bakalvrlar üçün əyani və qiyabi təhsil müddəti müəyyənləşib. Universitetlərə imtahansız qəbul olunanlar da digər tələbələrlə birgə tam müddət təhsil alacaqlar. Əyani təhsil 4 il, qiyabi təhsil 4 il yarım – 5 il olacaq, bu zaman təhsil haqqını tam şəkildə ödəyəcəklər.

– Əyani şöbələrə qəbul olan subbakalavr qiyabi şöbəyə keçə bilər? Bunun üçün nə etməlidir?

– Həmin ixtisasın qiyabi şöbəsi varsa və onlara verilən minimum bal bu tələbi ödəyirsə, Transfer.edu.az portalında qeydiyyatdan keçib, rahatlıqla qiyabi şöbəyə keçə bilər. Əgər həmin ixtisas üzrə qiyabi təhsil yoxdursa, heç bir halda qiyabi təhsildən istifadə edə bilməyəcəklər.

Günay Əli

www.yenicag.az

8795
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv