Reklam: High Technic
hightechnic

Kamran Həsənli qəzəbləndi: “Hansı məmurla, hansı restoranda görüşmüşəm?” - QALMAQAL

“Kamran Həsənli işi ört-basdır edən şəxslərə tanınmış restoranların birində hər gün qonaqlıq verir, işin bağlanmağını qeyd edir”.

Samir Piriyevin vəkili Ceyhun Yusifovun Kamran Həsənli ilə bağlı Ölkə.Az-a açıqlaması qarşı tərəfi özündən çıxarıb.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Kamran Həsənlinin cavabı belə olub:

“Bu adam yenidən mənə şər-böhtan atmağa başlayıb. Nə restoran, nə qonaqlıq? Hansı məmurla, hansı restoranda olmuşam? Bu nə danışır? Mən hər gecə işdə oluram”.

K. Həsənlinin vəkili Elçin Axundzadə də saytımıza açıqlamasında qarşı tərəfin yalan danışdığını bildirib:

“İstintaq gedir, biz obyektivliyə inanırıq. İstintaq Samir Piriyevin ifadələrindəki ziddiyyətli məqamları araşdırır. Bu məqamlar araşdırıldıqdan sonra hüquqi qiymət veriləcək. Samir Piriyev şər, böhtan atır. Restoran, qonaqlıq söhbətinə gəlincə, növbəti yalanlardır. Kamran hansı restoranda, hansı məmura qonaqlıq verib? Bu adam məmurlara da şər atır. Bunu sübut etsin, məsuliyyətini daşımağa hazırıq”.

Qeyd edək ki, Samir Piriyev dəfələrlə mətbuata açıqlamalarında K. Həsənlinin iş qurmaq adıyla ondan aldığı məbləğin 80 min dollarını qaytarmadığını bildirib.

Cəvahir

www.yenicag.az

3785