!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kamran Həsənlidən ölkədən çıxışına qadağa ilə bağlı - Reaksiya

!Reklam – Yazi

Ölkədən çıxışına qadağa qoyulduğu deyilən teleaparıcı Kamran Həsənli qarşı tərəfin iddialarına cavab verib.

Yenicag.az-a açıqlama verən Kamran Həsənli bunun köhnə söhbət olduğunu və bu barədə danışmaq istəmədiyini deyib:

“Onlar bu barədə əlli dəfə danışıblar, mətbuat konfransı keçiriblər. Çeynənmiş söhbəti nə qədər uzatmaq olar? Hansı puldan söhbət gedir? Bu pul birgə quracağımız işə qoyulmuşdu, həmin iş də alınmadı. Bunu özləri də yaxşı bilirlər”.

Özünün və bacısının ölkə xaricinə çıxışına qadağa qoyulmasına gəlincə, K. Həsənli sualı cavablandırmaq istəmədiyini deyib:

“Bu barədə danışmaq istəmirəm”.

Qeyd edək ki, Samir Piriyevin vəkili Ceyhun Yusifov yaxın günlərdə dələduzluqda ittiham etdikləri Kamran Həsənliylə bağlı mətbuat konfransı keçirəcəklərini bildirib.

Cəvahir
Yenicag.az

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv