Kamran Şahsuvarlı DÇ-də yarımfinala yüksəldi

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, günün ilk sessiyasında Azərbaycan millisinin 1 üzvü qüvvəsini sınayıb.

75 kq çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı kolumbiyalı Xorxe Vivas Palasiosla üz-üzə gəlib. Döyüş 3:2 (27:30, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə Olimpiya mükafatçımızın xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Şahsuvarlı avqustun 31-də baş tutacaq 1/2 finalda qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq.

Qeyd edək ki, günün ikinci sessiyada dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da rinqə çıxacaq. O, yarımfinala vəsiqə üçün Camili-Dini Aboudo-Moindze (Fransa) ilə döyüşəcək.

Yenicag.az

COP29