Kanadada hökumət ölkədə qadağan olunmuş hücum tipli odlu silahların siyahısını genişləndirib və onlardan bəzilərini Ukraynaya göndərməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə Kanadanın “National Post” qəzeti məlumat yayıb.
Bu barədə ölkənin ictimai təhlükəsizlik naziri Dominik Leblan məlumat verib. O, qadağan edilmiş siyahıya “hücum tipli silahlar” adlandırdığı daha 324 “unikal marka və model”in daxil ediləcəyini söyləyib. Silahların ümumi sayı təxminən 14500 ədəddir.
Eyni zamanda, qadağan olunmuş silah sahiblərini təqibdən qoruyan amnistiya sərəncamı Kanadada 2025-ci ilin oktyabr ayına qədər, yəni növbəti parlament seçkilərinə qədər qüvvədə olacaq./Unikal/