Kanadanın Britaniya Kolumbiyası əyalətinin sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələ UTC vaxtı ilə saat 15:08-də (Bakı vaxtı ilə 19:08 – red.) qeydə alınıb. Təkanların episentri Britaniya Kolumbiyası əyalətində, Vankuver adasında yerləşən Tofino şəhərindən 219 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib./oxu.az/
Mənbə: RİA Novosti